3 noyabr 2015 15:15
Hakimlərimiz Xorvatiya – San Marino oyununu idarə edəcək
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda noyabrın 11-də keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Azerisport.az xəbər verir ki, onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
