3 noyabr 2015 14:45
Roman Qriqorçuk Borussiya ilə oyun öncəsi jurnalistlərlə görüşəcək
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə səfər oyunundan öncə mətbuat konfransına qatılacaq. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssisin jurnalistlərlə görüşü sabah - noyabrın 4-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.
22:00-da isə "Qəbələ" matçın keçiriləcəyi arenada son məşqə çıxacaq.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də Dortmunddakı "Siqnal İduna Park"da keçiriləcək və saat 22:00-da başlayacaq.
