3 noyabr 2015 14:30
Reynaldo yanvarda sıraya dönəcək
"Qarabağ"ın hücumçusu Reynaldo vətəni Braziliyada əməliyyat olunub. Azerisport.az xəbər verir ki, onun zədəsinin daha ciddi olacağı barədə ehtimallar özünü doğrultmayıb.
Belə ki, həkimlər onun qısa fasilədən sonra sıraya dönməsinin mümkünlüyünü qeyd ediblər. Düzdür, Ağdam klubunun aparıcı futbolçusu bu il meydana çıxa bilməyəcək. Amma o, yanvardan etibarən məşqlərə başlayacaq.
