3 noyabr 2015 12:45

Nika Kvekveskiri: Qəbələnin Kəpəzə məğlubiyyəti yox, ardıcıl üç oyunda xal itirməsi gözlənilməzdir

"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Topz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunla (0:0) bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Biz pis oynamadıq. Gərgin oyun alındı. Nə "İnter", nə də "Zirə" uduzmaq istəyirdi. Ona görə də hər iki komanda diqqətli oynayırdı. Müdafiədə səhv etmək olmazdı. Bununla yanaşı 2-3 real qol vəziyyətimiz də oldu. Təəssüf ki, onlardan yararlana bilmədik".

Kvekveskiri növbəti turda qarşılaşacaqları "Qəbələ" ilə oyundan da söz açıb: "Rəqibimiz bizimlə oyuna Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə çətin səfər matçından sonra çıxacaq. Bizdə isə məlum maliyyə problemləri var. Üstəlik, əsas heyətin 3-4 futbolçusu komandamıza kömək edə bilmir. Belə vəziyyətin kimin xeyrinə olduğunu demək çətindir. Hər kəsin bununla bağlı öz fikri var. Şəxsən mən, "Qəbələ"nin bizimlə oyuna yorğun çıxacağını düşünmürəm. Bizim maliyyə durumumuza gəlincə, bu haqda çox danışmaq istəmirəm. Hər şeyin yaxşı olacağına söz veriblər. Gözləyirik. Ümid edirəm ki, "İnter"in maliyyə durumu normallaşacaq və biz ancaq futbol barədə düşünəcəyik".

Gürcü yarımmüdafiəçi "Qəbələ"nin son turda "Kəpəz"ə məğlubiyyətindən (1:2) də danışıb: "Düzünü deyim ki, "Kəpəz"in bu qələbəsi mənim üçün gözlənilməz olmadı. Sadəcə, "Qəbələ"nin ardıcıl üç oyunda xal itirəcəyini gözləmirdim. Bax bu, əsl gözlənilməzlikdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.