3 noyabr 2015 11:15

Anyete: Penaltini Ruslan Qurbanovun yerinə yetirməsində problem görmürəm

"Neftçi"nin hücumçusu Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Altı oyundan sonra ilk dəfə qələbə qazana bildiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun alındı. "Sumqayıt" çox möhkəm komandadır. Onlar qələbə qazanmaq üçün böyük istəklə oynadıqlarını göstərdilər. Amma şadıq ki, qələbə bizə qismət oldu. Vacib qələbədir. Sumqayıtdan məğlub qayıtmaq istəmirdik. Çünki son turlar kifayət qədər uğursuz alınmışdı.

- "Neftçi" yenə iki fərqli hissə keçirdi...
- Mən belə deməzdim. Hansı hissədəki çıxışımız xoşunuza gəlmədi?

- İkinci hissədəki oyununuz daha yaxşı idi...
- Amma mən ikinci hisədə elə də yaxşı təsir bağışladığımızı deməzdim. Birinci hissədə isə topa daha yaxşı nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. Sadəcə, ikinci hisədə iki məhsuldar hücum təşkil etdik və qalib gəldik.

- Sizin fərqlənmək üçün şansınız olsa da, penalti nöqtəsinə yaxınlaşmadınız. Bu, nə ilə bağlıydı?
- Penaltiləri mən yerinə yetirirəm. Amma özümü buna tam hazır hiss etməyəndə bunu Ruslan Qurbanov həyata keçirir.

- Bəs siz daha gənc komanda yoldaşınızın belə məsuliyyətli vəzifənin öhdəsindən gələ bilməyəcəyindən qorxmadınız?
- Mən zədədən yenicə qayıtmışam. Qol vuracağıma əmin deyildim. Penaltini Ruslanın yerinə yetirməsində heç bir problem görmürəm. Şadam ki, o da zərbəni dəqiq yerinə yetirdi. Həm də o, artıq ikinci dəfədir penaltini dəqiq yerinə yetirir.

- Siz hələ "Neftçi"də qol vurmaq keyfiyyətlərinizi nümayiş etdirə bilməmisiniz. Nə vaxt qol vurmağa başlayacaqsınız?
- Mənə bir qədər vaxt lazımdır. Ötən mövsüm Bolqarıstan çempionatında "Levski"nin heyətində də bir neçə tur qol vura bilmədim, amma mövsümü komandanın ən yaxşı bombardiri kimi bitirdim. Öz gücümə əminəm və düşünürəm ki, "Neftçi"də də qarşıdakı turlarda qollar vuracağam.

- Bundan sonra sizdən nə gözləyək?
- Qələbə qazanmağa davam etməliyik. Qələbəsiz oyunlar seriyamız kifayət qədər uzandı. Elə bir o qədər də qələbə qazanmağımızı istərdim. Qarşıda bizi "Rəvan"la oyun gözləyir. Hazırlaşıb, bu oyunda da qalib gəlməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.