3 noyabr 2015 01:00
Nazarov oynadı, komandası 1 xal qazandı
Almaniya ikinci Bundesliqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Nürnberq"lə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 16 xalla 11-ci pillədə qərarlaşıb.
