3 noyabr 2015 00:15
Qəbələ Dortmunda gedir, amma Bohumda məskunlaşacaq
Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın "Borussiya" klubunun qonağı olacaq "Qəbələ" bu gün saat 16:00-da çarter reysi ilə Dortmunda yollanacaq. Azerisport.az xəbər verir ki, komandamız Dortmunda yollansa da, bu şəhərdə qala bilməyəcək.
Belə ki, Dortmunddakı otellərin heç birində yer olmadığından, "Qəbələ" 15 km aralıdakı Bohum şəhərində məskunlaşacaq.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də "Siqnal İduna Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
