2 noyabr 2015 19:00
Monakonun 5 futbolçusu Qarabağla oyunu buraxa bilər
Fransanın "Monako" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la səfər oyununa itkilərlə gəlir. Azerisport.az xəbər verir ki, knyazlıq təmsilçisinin heyətində son olaraq İvan Kavalyero sıradan çıxıb.
Onunla yanaşı, Nabil Dirar, Fabio Koentrao, Temue Bakayoko və Adam Traore də zədədən əziyyət çəkir. Düzdür, sonuncu hazırda bərpa prosesi keçir. Amma onun da komandamıza qarşı oynaması ehtimalı azdır.
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
