2 noyabr 2015 18:45

Aleksandr Sitnik: Bilirdim ki, bir qol vursam, mütləq özümə gələcəyəm

"Kəpəz"in “Qəbələ” üzərində qələbəsində pay sahibi olan futbolçular sırasında Aleksandr Sitnik də var. Azerisport.az xəbər verir ki, gəncəlilərin ukraynalı hücumçusu səfər oyununda 2-ci dəqiqədə hesabı açmaqla komanda yoldaşlarının əhatəsinə düşdü.

Bu qolla Sitnik həm “sarı-göylər”in heyətində qol hesabını açdı, həm də ev sahiblərinin quru oyunlar seriyasına son qoymuş oldu. Şərəfini qoruduğu klubun rəsmi internet saytına müsahibə verən forvard maraqlı məqamlara toxunub.

- Burada mənim üçün hər şey normal, demək olar ki, ürəyimcədir. Mənə qarşı münasibət əladır. Mehriban kollektivimiz, yaxşı komandamız var.
 
- Aleksandr, sənin “Kəpəz”dəki hədəflərin nədən ibarətdir?
- Hamı eyni məqsəd uğrunda birləşdiyindən bizim hədəfimiz eynidir. Qələbələr qazanıb çempionatda uğurla iştirak etmək istəyirik. Biz buna çalışırıq. Əvvəllər oyunumuzda nəsə alınmırdı, indi isə hər şey yoluna düşüb. Hamı qələbə qazanmaq istəyir, rəhbərlik də, məşqçilər də, futbolçular da. Elə azarkeşlər də bizdən bunu gözləyir.
 
- Yoldaşlıq görüşlərində və məşqlər zamanı ikitərəfli oyunlarda qol vursan da, çempionat matçlarında qol hesabını bir qədər gec aça bildin...
- Çox pərişan olmuşdum, vəziyyət o həddə çatmışdı ki, qol vura bilməməyim barədə heç düşünmək belə istəmirdim. Ancaq bilirdim ki, bir qol vursam, mütləq özümə gələcəyəm. Özünəinam hissini yaratmaq üçün hücumçunun qol vurması çox vacibdir. Sadəcə, alınmırdı. Fərqlənməyi isə çox istəyirdim. 
 
- Artıq qol hesabını açdın...
- Məşqlərdə hər zaman bunun üzərində işləyirdim. Əvvəlki oyunlarda komanda yoldaşlarımın qol vurması üçün şərait yaratmışdımsa, “Qəbələ”yə qarşı matçda özüm də nəhayət ki, fərqlənə bildim.
 
- Baş məşqçi Şahin Diniyev həmişə müsahibələrində sənə inandığını və uyğunlaşma üçün vaxt tələb olunduğunu bildirirdi...
- Baş məşqçimizə bu sözlərə və mənə olan inamına görə minnətdaram. Hücumçunun işi qol vurmaqdır, bunu mən də yaxşı başa düşürəm. İstənilən halda, Şahin müəllim və komanda yoldaşlarım həmişə mənə dəstək olublar və buna görə onlara təşəkkür edirəm. Yenə deyirəm, hücumçunun özünü oyunda hiss etməsi üçün qol vurması əsas şərtdir. İlk qolumu vurdum, yəqin ki, artıq davamı gələcək.
 
- Gəncəli azarkeşlər hər oyunda komandaya dəstək verirlər. Onlar haqda nə deyə bilərsən?
- Onlara da minnətdaram, bizi qələbələrə həvəsləndirirlər. Futbolu fanatlar üçün oynayırıq. Azarkeşlər stadionu dolduranda, oynamaq həvəsi birə-beş artır. Təbii ki, çalışırıq onları həmişə qələbələrlə sevindirək, arzu olunan nəticəni qazanaq.
 
- Hansı oyun sənin üçün daha yadda qalan olub?
- Oyunları pis və ya yaxşı oyuna bölmək istəmirəm. Hər matçın öz yeri var. Bütün oyunlarda meydana uğur qazanmaq, layiqli futbol nümayiş etdirmək üçün çıxmışıq. Bəzən alınıb, bəzən də yox. Başa düşmək lazımdır ki, 2-3 aya komanda yaratmaq çətindir. Futbola vaxt vermək lazımdır, bunu yəqin ki, hamı yaxşı başa düşür. Biz hamımız “Kəpəz”in uğuru üçün səy göstəririk, ümid edirəm ki, etimadı doğrulda biləcəyik. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.