Samir Musayev: Qarabağ Bakıda da Monakodakı kimi oynasa, qələbə qazanacaq
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev bu komandanın Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçirəcəyi oyunda şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox maraqlı oyun olacaq. "Qarabağ" Monakodakı oyunda bu rəqibdən qorxmadığını göstərdi. Komandamız Bakıda da səfərdəki kimi oynasa, qələbə qazanacaq. Əsas diqqətli oynamaqdır. Mən uğura inanıram. Ağdam klubunun qrupdan çıxmaq şanslrını isə əllinin əlliyə dəyərində qiymətləndirərdim. Çünki komandalar arasındakı xal fərqi elə də böyük deyil. "Qarabağ" "Anderlext" və "Tottenhem"dən geri qalmadığını isbatlayıb. Sadəcə, komandamıza bir qədər diqqətli və istəkli oynamaq lazımdır. Allah eləsin ki, qrupdan çıxan komandalardan biri məhz "Qarabağ" olsun".
