2 noyabr 2015 17:45
Azərbaycan - Moldova matçı 1 manata!
Noyabrın 17-də, saat 21:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri 28 Mall Alış-Veriş Mərkəzindən, Bakcell Sahil müştəri xidmətlərindən və “Bakcell Arena”nın kassalarından, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar. VIP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.
