2 noyabr 2015 17:00

David Petrkeviç: Qorxmaq lazım deyil, sadəcə, Borussiyaya çox qol vurmağa imkan verməməliyik

"Qəbələ"nin qapıçısı David Petrkeviç Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ"də nə baş verir?
- Demək çətindir. "Kəpəz"ə qalib gəlməli idik. Amma əks-hücumda qol buraxıb, özümüz məğlub olduq. Rəqibimiz əks-hücumda yaxşı oynadı. Bizə isə "İnter"lə oyunadək bütün problemləri yoluna qoymaq qalır.

- Komandanızın uğursuz nəticələri baş məşqçi Roman Qriqorçukun Ukrayna yığmasına mümkün gedişi barədə yayılan xəbərlərlə üst-üstə düşdü...
- Düzdür, elə oldu. Amma bunda başqa heç nə axtarmağa dəyməz. Düşünmürəm ki, komandamız məhz bu xəbərlərə görə belə uğursuz çıxış edir.

- Dmitri Bezotosnı zədə aldığından qarşıdakı iki həftə ərzində siz oynamalı olacaqsınız. Hazırsınız?
- Təəssüf ki, Dima zədə aldı. O, yaxşı formada idi. Amma futbolçu həyatı belədir. Zədədən yan qaçmaq olmur. Mənə gəlincə, hazıram. Lakin Bezotosnının yoxluğunda onu kimin əvəz edəcəyini bilmirəm. Baş məşqçinin qərarından asılıdır.

- "Kəpəz"lə oyunda onu siz əvəzlədinizsə, növbəti oyunlarda da belə olacağını proqnozlaşdırmaq çətin deyil. Qarşıda isə sizi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə oyun gözləyir...
- Bizi çox çətin səfər oyunu gözləyir. "Borussiya" indi yaxşı formadadır. Bizə çox az adam inanır. Amma hər şey ola bilər. Biz Dortmunda müsbət nəticə üçün gedirik.

- Almaniya klubundan çoxlu qol buraxmaqdan qorxmursunuz?
- (Gülür) Bundan qorxmaq lazım deyil. Sadəcə, "Borussiya"ya belə imkan verməməliyik. Düzdür, bu komanda cari mövsümdə öz meydanında möhtəşəm çıxış edir və onları heç kim məğlub edə bilmir. Amma biz heç kimin bacarmadağını etmək istəyirik.

- Qrupdan çıxmaq və Premyer Liqada çempion olmaq şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Hadisələri qabaqlamaq istəmirəm. Güclü komandamız var. Düzdür, indi heç də yaxşı günlər yaşamırıq. Amma hər şey o dərəcədə pis də deyil. Komanda özünə gələcək. Psixoloji baxımdan mümkün qədər tez özümüzə gəlməliyik. "Qəbələ" hələ çempion olmaq və Avroliqada qrupdan çıxmaq şansını itirməyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.