2 noyabr 2015 14:40

Rəşad Eyyubov: Kəpəzə gəlməklə düzgün qərar etdim

"Kəpəz"in yarımmüdafiəçisi Rəşad Eyyubov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Yəqin ki, bu, cari mövsümdəki ən ağır oyunumuz oldu. Erkən qol oyunumuza təsir etdi. Hesabı qorumağa çalışdığımızdan gözəl oyun nümayiş etdirə bilmədik. Əsas sevindirən məqam odur ki, bu matçı qələbə ilə başa vurmağı bacardıq. Çünki elə oyunlarımız olmuşdu ki, yaxşı oynadığımız halda xal itirmişdik, uduzmuşduq. Amma bu dəfə tam əksinə oldu.

- Matçdan öncə qələbə qazanacağınızı gözləyirdiniz?
- Biz Qəbələyə yüksək əhval-ruhiyyədə yollanmışdıq. Əlbəttə, rəqibi məğlub edəcəyimizi yox, daha çox heç-heçə gözləyirdik. Çünki "Qəbələ" çox ciddi komandadır. Onlara hörmətlə yanaşırdıq. Amma biz bu komanda ilə oyunda layiqli qələbə qazandıq.

- Axı rəqib sizinlə müqayisədə daha çox topa nəzarət edirdi, qol vəziyyətləri daha çox idi...
- Biz əks-hücumlara bel bağlamışdıq. Rəqib qapısına ikinci qolu da vurmağımız göstərdi ki, bu seçimimiz düzgün idi. Digər tərəfdən "Qəbələ" topa daha çox nəzarət etsə də, qapımız qarşısında xüsusi təhlükəli vəziyyətlər yarada bilmirdi.

- Matçın məlum səbəblərdən iki günə keçirilməsi sizin üçün nə dərəcədə düşərli oldu?
- Hər iki komanda eyni şərtlər altında oynayırdı. Bu, kiməsə üstünlük qazandırmırdı. İstirahət etdik, ilk 29 dəqiqədəki oyunumuzu müzakirə etdik və sonra onun davamını oynadıq.

- Karyeranızda belə şey olmuşdu?
- "Simurq"da olarkən oxşar vəziyyət yaranmışdı. Amma biz o vaxt ümumiyyətlə oyuna başlamadıq.

- Klubuzun rəhbəri iddia edib ki, "Kəpəz" avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq...
- Hadisələri qabaqlamaq istəməzdim. Mərhələ-mərhələ, oyundan oyuna hərəkət etməliyik. Sonda nəyə nail olacağımızı zaman göstərəcək. Amma bir halda ki, klubumuzun rəhbəri elə açıqlama verib, deməli, biz də bunun üçün mübarizə aparmalıyıq.

- Daha iki tur uğurlu çıxış edə bilsəniz, ikinci pilləyə də qalxa bilərsiniz...
- İki uğursuz turdan sonra xeyli aşağı da düşə bilərik. Ona görə də tələsmək lazım deyil.

- "Kəpəz"in hər qələbəsindən sonra mətbuatda sizə verilən mükafatlar gündəmə gəlir.
- Azərbaycan futbolundakı ümumi maliyyə vəziyyətini nəzərə alsaq, biz aldığımız hər pula görə şadıq. Amma məbləğ doğrudan da çox deyil.

- Hər halda 10 000 manat da stimul deyil? Hər oyunda qələbə qazanmaqla, məbləği artıra bilərsiniz...
- Həmin məbləğ klubun 53 üzvü arasında bölünür. Biz çoxlu oyunda qalib gəlməliyik ki, qazancımız da çox olsun.

- "Xəzər Lənkəran"ı "Kəpəz"ə dəyişdiyinizə görə peşman deyilsiniz?
- Elə bu səhər bu addımı atmaqla necə düzgün qərar qəbul etdiyimi düşünürdüm. Başqa təkliflər də var idi. Ukraynaya da gedə bilərdim. Amma bu ölkədəki ağır vəziyyəti nəzərə alıb, Azərbaycanda qalmağa qərar verdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.