2 noyabr 2015 14:20

Qarabağın Monako ilə oyunu ağdamlılar üçün uğursuz hakimə tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"la Fransa "Monako"su arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan Pavel Kristian Balay idarə edəcək.

Maraq üçün qeyd edək ki, Balay artıq "Qarabağ"ın iştirakı ilə keçirilən oyunda idarəçilik edib. O, 2010-cu ildə ağdamlıların Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə səfər matçında baş hakim olub.

Rumıniyalı hakim "Neftçi" ilə Gürcüstanın "Çixura" klubu arasında 2014-cü ildə Avroliqanın üçüncü təsnifat mərhələsinin oyununu da idarə edib.

Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı noyabrın 5-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.