2 noyabr 2015 14:00
Monakonun baş məşqçisi Bakıda jurnalistlərlə görüşəcək
Fransanın "Monako" klubunun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərələsinin dördüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə Bakıda jurnalistlərlə görüşəcək. Azerisport.az xəbər verir ki, onun mətbuat konfransı noyabrın 4-də matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq və saat 17:45-də start götürəcək.
18:00-da isə "Monako" mərkəzi arenada oyun öncəsi son məşqinə çıxacaq. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media əhli üçün açıq olacaq.
Qeyd edək ki, "Monako" Bakıya noyabrın 3-də, saat 22:00-da təşrif buyuracaq. "Qarabağ" bu komandanı ayın 5-də mərkəzi arenada qəbul edəcək və matç saat 20:00-da start götürəcək.
