2 noyabr 2015 11:30

Elvin Yunuszadə: Monakoda bəxtimiz gətirmədi, Bakıda isə azarkeşləri sevindirməyə çalışacağıq

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nədeyə bilərsiniz?
- Ölkə çempionatı elə bir səviyyəyə çatıb ki, heç bir oyunda asanlıqla qələbə qazanmaq olmur. AZAL-la oyun bizim üçün çox çətin oldu. Amma əsas odurki, qələbə qazandıq. Üç xal qazanmaq komandamız üçün çox vacibidi. Artıq sakitcə Avropa Liqasında keçirəcəyimiz "Monako" ilə oyuna hazırlaşa bilərik.

- Yeri gəlmişkən, Fransanı təmsil edən bu komanda ilə görüşdən nə gözləyirsiniz?
- Biz bu komandaya qarşı səfərdə pis oynamadıq. Sadəcə, Monakoda bəxtimiz gətirmədi. Rəqibimizin gücü hər kəsə bəllidir. Amma Bakıdakı oyunda azarkeşlərimizi sevindirmək istəyirik. Xal və ya xallar qazanmağa çalışacağıq.

- "Qarabağ" son oyunlarda elə də çox qol vura bilmir. Bunun səbəbini nədə görürsünüz?
- Komanda bütün oyunlarda yüksək səviyyəli futbol sərgiləyə bilməz. Enişlər olur, yüksəliş olur. Bunu normal qəbul etmək lazımdır. Biz çox oyun keçiririk. Demək olar ki, üç-dörd gündən bir oyuna çıxırıq. Bu, həm fiziki, həm də psixoloji baxımdan yorğunluğa səbəb olur.

- Sözlərinizdən belə çıxır ki, "Qarabağ" indi eniş dövrünü keçirir?
- Xeyr, eniş yoxdur. Sadəcə, yorğunluq var.

- Amma heyətinizdə kifayət qədər futbolçu var ki, yorğunluq olmaması üçün balans yaradılsın...
- Burada bir məqam var. Komanda optimal heyətlə daha yaxşı oyun sərgiləyir. Amma hər oyuna müxtəlif heyətlərlə çıxmaq anlaşma səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ona görə də istədiyimiz kimi çıxış etməməyimiz normaldır. Lakin biz hər oyuna eyni qaydada hazırlaşırıq. Bizim üçün "Monako"ya və ya AZAL-a qarşı oynamağın fərqi yoxdur. Üstəlik, rəqiblərimiz də bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Bunun özü də kiçik amil deyil.

- Sizi son dövrlər əsas heyətdə daha çox görmək olur...
- Əlimdən gələni etməyə çalışıram. Qurban Qurbanov sağ olsun, o, mənə çox kömək edir. Burada uyğunlaşma baxımından problem hiss etmədim. Sanki bir ildir "Qarabağ"da çıxış edirəm. Amma komandamızda indi elə bir vəziyyət yaranıb ki, istənilən futbolçu meydana çıxa bilər.

- "Qarabağ"a "Neftçi"dən gəlmişdiniz. Bu iki klub arasında hansı fərqlər var?
- Hər bir komandanın öz yeri var. "Neftçi" daha çox meydanda mübarizəyə üstünlük verirdisə, "Qarabağ" topla oynamağı sevir. Bu baxımdan mənim üçün "Qarabağ"da oynamaq daha rahatdır.

- Amma keçmiş klubunuz hazırda heç də yaxşı günlərini yaşamır...
- "Neftçi"yə uğurlar arzulayıram. Bütün komandalarda eniş və yüksəliş dövrü olur. İnanıram ki, "Neftçi" yenidən əvvəlki qüdrətini geri qaytaracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.