2 noyabr 2015 00:25
Tomas Tuxel: Artıq Qəbələ ilə oyuna köklənmişik
Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel Avropa Liqasının qrup mərhələsi çərçivəsində qəbul edəcəkləri "Qəbələ" ilə görüşlə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bundesliqanın növbəti turunda bizim "Şalke" ilə derbi matçımız var. Bu oyunu böyük səbrsizliklə gözləyirik. Amma öncə Avropa Liqası çərçivəsində "Qəbələ" ilə qarşılaşacağıq. Bu oyunda qalib gəlib, qrupdan çıxmağı təmin etmək istəyirik. Artıq bu oyuna köklənmişik".
