2 noyabr 2015 00:20
Dadaşov oynadı, komandası 1 xal qazandı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Oberlausits Noyqersdorf" ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
