2 noyabr 2015 00:05
Qəbələnin rəqibi məğlubiyyətə üzüldü
Yunanıstan çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Asteras"la qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, PAOK 8 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.
