1 noyabr 2015 19:00
Qəbələnin rəqibi səfərdə böyük hesablı qələbəyə sevindi
Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Krılya Sovetov"la qarşılaşıb. Matç 4:0 hesabı ilə "Qəbələ"nin rəqibinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Krasnodar" hazırda 21 xalla 6-cı pillədə qərarlaşıb.
