1 noyabr 2015 17:00
Qarabağ - Monako matçının biletləri satışa çıxır
Azərbaycan çempionu "Qarabağ"la Fransa "Monako"su arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxır. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup məhələsinin 4-cü turu çərçivəsində Fransa təmsilçisini qəbul edəcək Ağdam klubu doğma divarlar arasında ikinci oyununa çıxır.
Biletlər bazar ertəsi - noyabrın 2-də səhər saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satışa çıxarılır. Biletlər nömrəli sektorlar üzrə 1,2,3,5,10 və 20 AZN-dir. VİP 50 AZN-dir.
"Qarabağ" klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə, kassalardan məhz göstərilmiş qiymətlərlə alasınız. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır.
