1 noyabr 2015 15:00

Dieqo Martins: Pulumuzu alırıq, hansısa problemimiz yoxdur

"İnter"in braziliyalı hücumçusu Dieqo Martins Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Yaxşı oynadığımızı düşünmürəm. Rəqibi öz meydanımızda qəbul etdiyimizi nəzərə alsaq, daha yaxşı çıxış edə bilərdik.

- Bəs belə oynamağınıza nə səbəb oldu?
- Yorğunluq. Həftəiçi də oyun keçirmişdik. Belə görünür ki, komanda "Zirə" ilə matça qədər tam bərpa ola bilməmişdi. Həm də bütün oyunlarda yaxşı futbol sərgiləmək də mümkünsüzdür.

- Deməli, "İnter"in iki xal itirdiyini iddia edirsiniz?
- Öz meydanımızda qələbə qazanmağa borclu idik. Bu rəqibin bizimlə turnir cədvəlində qonşu pillədə qərarlaşması da qələbə qazanmağımızı şərtləndirən amillərdən biri idi. Amma "Zirə"nin cari mövsümdə necə çıxış etdiyini nəzərə alsaq, bu komanda ilə heç-heçə heç də pis nəticə saılmamalıdır. Amma istənilən halda iki xal itirdiyimizi düşünürəm.

- Hər halda "İnter" üçüncü pillədəki yerini qorudu...
- Elədir. Lakin qələbə qazanmaqla liderlər qrupundakı mövqeyimizi daha da yaxşılaşdıra bilərdik. Üçüncü pillədəki yerimizi qorumaq üçün daha çox xal toplamalıyıq.

- "İnter" son iki turda dörd xal itirib. Bu, komandanızın zəif çıxışından xəbər verir, ya rəqiblərinizin gücündən?
- Bizdə heyətlə bağlı itkilər var. Üstəlik, yorğunluq da sözünü deyir. Mən özüm də bir qədər yorğunluq hiss edirəm.

- Klubunuzda maliyyə vəziyyəti necədir?
- Mənim fikrimcə, hər şey normaldır. Hələ ki, pulumuzu alırıq. Problem görmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.