1 noyabr 2015 13:30
Subaşiçin komandası səfər matçında darmadağınla üzləşdi
Serbiya Super Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Srvena Zvezda" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətin üzvlərindən olan Branimirin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 15 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.
