1 noyabr 2015 12:30
Paşayev oynamadı, komandası yenə məğlub oldu
Ukrayna çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə "Karpatı" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətin üzvlərindən olmasına baxmayaraq, millimizin üzvünün adı bu görüşün 18-liyində yer almayıb. Çünki uğursuz çıxış etdiklərinə görə, məşqçilər korpusu bu görüşdə gənclərə şans veriblər.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.
