1 noyabr 2015 00:30

Riçard Almeyda: Qurban Qurbanovun Monako ilə oyunda düzgün seçim edəcəyinə inanıram

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Komandanız AZAL-ı heç də asanlıqla yenmədi...
- Belə çətin olacağını bilirdik. Amma oyun elə istədiyimiz kimi alındı. Şükürlər olsun ki, rəqib qapısına yol tapa bildik. Vacib xallar qazandıq.

- Siz oyunun gedişində deyəsən, zədələndiniz. Çox ciddidir?
- Xeyr, zədələnməmişəm. Sadəcə, ayağımdan zərbə aldım və ağrı hiss etdim. Hazırda hər şey normaldır.

- "Qarabağ"ın son turlarda qarışıq heyətlə oynaması Avropa Liqasında sizə çətinlik yaratmayacaq?
- Heyətimizdə kifayət qədər futbolçu var. Fikrimcə, Qurban Qurbanov düzgün seçim edəcək və Avroliqada da güclü heyətlə oynayacağıq.

- Reynaldo ilə meydanda çox yaxşı anlaşdığınızı hamı bilir. Bəs Armenterosla necə anlaşırsınız?
- Reynaldo ilə üç ildir birgə çıxış edirik. Ona görə də bir-birimizi yaxşı başa düşməyimiz normaldır. Samuel isə komandamıza yeni gəlib. O, bizə, biz də ona alışmağa çalışırıq. Hər oyunda anlaşma səviyyəsi daha da yaxşılaşır.

- Komandanın indiki çıxışından razısınız?
- Həmişə özümüzü yaxşı tərəfdən göstərməyə, baxımlı oyun sərgiləməyə çalışırıq. Hər gün məşqlərdə bunun üçün çalışırıq. Baş məşqçi də bunları görür. Ona görə də bizim tərəfimizdən oyunumza qiymət vermək düzgün deyil.

- Amma bu mövsüm əvvəlki illərdəki qədər baxımlı futbol sərgiləyə bilmirsiniz...
- O vaxt Leroy Corcla Muarem Muarem də bizimlə idi. Bir-birimizi çox yaxşı başa düşürdük. İndi isə heyətdə yeni futbolçular var. Ona görə də müəyyən vaxta ehtiyac var.

- Deməli, Leroyla Muaremin yeri görünür?
- Onların hər ikisi "Qarabağ" üçün vacib oyunçu idi. İndi isə baş məşqçimiz yeni futbolçulara güvənir. Zamanla hər şeyin düzələcəyinə ümidliyəm.

- Qarşıda "Monako" ilə vacib oyun var. Qrupdan çıxmaq şanslarınız barədə nə deyə bilərsiniz?
- AZAL-la oyun yenicə bitib. "Monako" ilə görüş barədə bundan sonra düşünəcəyik.

- Bu komandanı doğma meydanda məğlub edə biləcəksiniz?
- Həyatda mümkünsüz heç nə yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.