31 oktyabr 2015 14:30

Şahin Diniyev: Biz daha çox qələbəyə sevinməyə üstünlük veririk

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytına müsahibə verib.

- Bir neçə gün öncə "Zirə" ilə qarşılaşdınız, bu gün isə "Qəbələ"nin qonağısınız. Belə gərgin qrafiklə oynamaq çətin deyil?
- Əlbəttə, çətindir. Nəzərə alsaq ki, heyətimiz elə də geniş deyil və rotasiyaya əl atmaq imkanımız yoxdur, bizim üçün xüsusilə çətin olacaq. "Zirə" ilə oyundan sonra Yevlaxa yollandıq, daha sonra isə "Qəbələ"yə gəldik. Bütün bunlar təbii ki, bizim üçün problem yaradır. Amma bunu düşünməməyə və öz oyunumuzu göstərməyə çalışacağıq. Əminəm ki, bizi maraqlı oyun gözləyir.

- Niyə "Qəbələ" ilə Gəncədə oynamaq istəmədiniz?
- Avropa Liqasında çıxış edən rəqibimizə güzəştə getməliydik. Əslində, bizim üçün doğma meydanda oynamaq daha rahat olardı.

- Amma bu, nəticəyə təsir göstərə bilər?
- Başa düşürük. Amma bu, hətta bizə problem yaratsa da, güzəştə getməyə borclu idik. Bizim bu oyunu "Dalğa Arena"da keçirmək imkanımız da var idi. "Zirə" ilə oyundan sonra Bakıda qalmaq bizə daha çox sərf edirdi. Amma "Qəbələ"nin "Borussiya" ilə təbii ot örtüklü meydanda oynayacağını nəzərə alsaq, bu komanda üçün "Dalğa Arena"da oynamaq onlara çətinlik yarada bilərdi.

- Rəqibiniz iki turdur qələbə qazana bilmir...
- "Qəbələ" AZAL-la son oyunda böyük üstünlüyə malik idi. Onlar çoxlu qol vəziyyəti yarada bildilər. Sadəcə, uğur meydan sahiblərinin tərəfində deyildi.

- Uğur "Kəpəz"lə oyunda da onlardan üz döndərə bilər?
- Reallıq var ki, ondan qaçmaq mümkün deyil. İstənilən halda biz müdafiə futbolu oynamaq haqda düşünmürük.

- "Qəbələ" ilə 0:0 hesablı nəticə Premyer Liqanın əksər klubları üçün sevindirici nəticə sayılır. Bəs sizin üçün necə olacaq?
- Biz daha çox qələbəyə sevinməyə üstünlük veririk. Amma məni pis oyunla qazanılan qələbə elə də sevindirmir. Yaxşı oyunla məğlub olmaq daha yaxşıdır. İndi bizim üçün daha çox yaxşı oyun sərgiləmək önəmlidir. Çünki belə olan halda nəticə də qazanmaq mümkün olur.

- Komandanız hazırda "Sumqayıt", "Neftçi" kimi klubları qabaqlayır...
- 3 xallıq sistemlə bu, elə də böyük üstünlük deyil. Beş turdan sonra hansı sırada qərarlaşacağımızı demək çətindir. Komandaların bir-biri ilə tez-tez oynadığını nəzərə alsaq, oyunlar altı xala bərabər olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.