31 oktyabr 2015 13:30
İnterin yarımmüdafiəçisi zədəsini sağaltdı
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, xeyli müddət idi yaşıl meydanlardan kənarda qalan futbolçu artıq komandaya qoşulub.
Bir neçə gündür ümumi məşqlərdə iştirak edən futbolçunun qarşıdakı turda meydana çıxması istisna edilmir. Onun komandasını 11-ci turda "Zirə" ilə prinsipial qarşılaşma gözləyir.
Qeyd edək ki, Seyidov 7-ci turda "Qarabağ"a qarşı oyunda sıradan çıxmışdı.
