31 oktyabr 2015 11:00
Emil Balayevsiz Ayntraxt Bavariya ilə heç-heçə etdi
Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda lider "Bavariya" ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 13 xalla 11-ci pillədə qərarlaşıb.
