31 oktyabr 2015 01:05
Neftçinin təşkilati dəstəyi ilə çempionat keçiriləcək
“Neftçi” PFK-nın təşkilati dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin daxili futbol çempionatı keçirləcək. Azerisport.az xəbər verir ki, ötən gün ali təhsil ocağında turnirin püşkatma məramisi baş tutub.
Bu gün start götürəcək və bir ay davam edəcək yarışın püşkatma mərasimində “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə, AzDİU-nun daxilində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının sədri Yusif Məmmədzadə, komandanın kapitanı Araz Abdullayev və klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev iştirak ediblər. Qalib komanda “Neftçi” PFK tərəfindən mükafatlandırılacaq.
