31 oktyabr 2015 00:35
Toğrul Erat 90 dəqiqə oynadı, komandası məğlub oldu
Almaniya Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Ahlen"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 16 xalla 19 klub arasında 14-cü pillədə qərarlaşıb.
