30 oktyabr 2015 17:40
Samir Abasov: Şadam ki, Neftçi ilə oyunumuz bazar ertəsinə keçirildi
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Başladığımız işi "Neftçi" ilə oyunda da davam etdirmək istəyirik. Şübhəsiz ki, bu görüşdə də qarşımıza ən yüksək hədəf qoymuşuq. Rəqibin heyətində çoxlu gənc və perspektivli futbolçu var. Bir növ heyət baxımından oxşar komandalar qarşılaşacaq. Heyətlə bağlı itkimiz yoxdur. Amma Lənkərana səfər komandamızı çox yorub. Şadam ki, bizim oyunumuzu gələn həftənin ilk gününə keçirdilər. Bu, bizə daha yaxşı hazırlaşmağa imkan verəcək".
