30 oktyabr 2015 16:20
Emin Nuri: Azərbaycan milli komandasında oynamaq ümidimi itirmirəm
İsveçin "Kalmar" klubunun müdafiəçisi Emin Nuri Azərbaycan yığmasına dəvət almaq şansını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kalmar"da sabit çıxış edirəm. Fikrimcə, indiki vəziyyətim yığmada oynamağıma imkan verir. Hələ də Azərbaycan millisində çıxış etmək istəyirəm. Özbəkistanla yoxlama görüşünə dəvət almışdım. Amma təəssüf ki, indi məni yığmaya dəvət etməyi planlaşdırmırlar. Düzünü deyim ki, AFFA ilə heç bir əlaqəm yoxdur. Lakin yenə də ümidimi itirmirəm".
