30 oktyabr 2015 16:00

Vəli Qasımov: Samir Əliyev təcrübəsiz olsa da, onunla nəticə qazanacağımıza inanıram

"Neftçi"nin idman direktoru Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Komandanızın çempionatdakı uğursuz çıxışı ilə bağlı nə deyə bilərsiniz?
- Mövsümün əvvəlində gənclərin arasından ən yaxşıları seçdik. Uşaqların bəzisi ötən mövsüm çox oynamırdılar. Hiss olunur ki, təcrübə çatışmır. Amma bu uşaqlarda həm təlim-məşq toplanışlarında, həm də Avropa Liqasında potensial olduğunu gördük. Onların əksəriyyəti gələcəkdə Avropada oynaya bilər. Pis oynadığımızı demək olmaz. Əksər oynunlarda yaxşı təsir bağışlamışıq. Sadəcə, bəzən hakimlərin, bəzən də Samir Əliyevin səhvi qələbə qazanmağımıza mane olub. Bu da normaldır. Çünki Əliyev gənc məşqçidir. Bütövlükdə, onun kiçik səhvlərinin oyunumuza təsiri hiss olunur. Amma bütün bunlara baxmayaraq, vəziyyətin düzələcəyinə inanırıq. Geridə qalan turlarda dörd qırmzı vərəqə almışıq. Komanda psixoloji baxımdan heç də yaxşı vəziyyətdə deyil. Oyundan oyuna bu, daha da pisləşir. Məsələn, "İnter"lə son oyunun birinci hissəsində çox yaxşı oynadıq. Amma fasilədən sonra komanda qələbəyə inamını itirdi və nəticədə də heç-heçə ilə kifayətlənməli olduq. Hələ ki, 90 dəqiqə yaxşı oyun sərgiləyə bilmirik.

- Təcrübə baxımından çatışmazlıqları aradan qaldırmaq üçün legioner dəvət etmək fikriniz var?
- Gənc futbolçuların yerinə legioner dəvət etmək asandır. Bəs gələcək üçün nə etməliyik? Mən uşaqların oyundan oyuna artırdığını görürəm.

- Samir Əliyev hətta AZAL-a məğlubiyyətdən sonra da postunda qaldı...
- AZAL-la oyuna uşaqlar arxayın çıxmışdılar. Bu da güman ki, rəqibin adından irəli gəlirdi. Futbolçularımız yalnız ikinci hissədə özlərinə gəlsələr də, artıq gec idi. Samirdə hələ təcrübə çatışmır.

- Onu bu posta gətirmək nə dərəcədə düzgün qərar idi?
- Biz risk etdiyimizi bilirdik. Amma yerli və gənc mütəxəssisə şans vermək istəyirdik. Əcnəbi mütəxəssisi dəvət etmək asan idi. Amma nəyə görə yerli mütəxəssislərdən imtina etməliyik?

- Legionerlərinizdən hələ heç biri özünü doğrultmayıb. Razısınız?
- Bəli. Heç Aylton da ümidləri doğrultmur. Potensial var, amma sabitlik çatışmır. Məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər, artırdıqları hiss olunur. Amma bunu meydanda göstərə bilmirlər. Belə olan halda da ruhdan düşürlər, əsəbi olurlar.

- Belə çıxır ki, "Neftçi"nin yay transfer siyasəti özünü doğrultmayıb:
- Razı deyiləm. Legionerlərimizin səviyyəsi yüksəkdir. Sadəcə, bütövlükdə komanda olaraq oyunumuz alınmır.

- Ötən mövsüm çıxış edən oyunçlardan kimlərisə saxlamaq olardı?
- Büdcə dəyişib. Biz ancaq bu mövsümü düşünmürük, gələcəyi də düşünürük. Ötən mövsüm oynayan futbolçuların maaşları yüksək idi. İndi isə komanda üzvləri daha münasib maaşla oynayırlar.

- "Neftçi"nin bu mövsüm avrokuboklardan kənarda qalmaq riski var...
- Dekabrda heyəti gücləndirməyə çalışacağıq. Hər bir mövqeni nəzərə alacağıq.

- Hətta "Zirə" və "Kəpəz"dən də geridə qalmağınız sizi narahat edir?
- Şübhəsiz ki, biz indikindən daha çox xal toplamağa borclu idik. Bu vəziyyətdən çıxacağımıza əminik. Psixoloji vəziyyət daha da düzəlməlidir ki, komandamız qələbə qazanmağa başlasın. Zamanla hər şey daha yaxşı olacaq.

- Samir Əliyev postundan getsə, onu Əsgər Abdullayev əvəz edəcək?
- Mən bura yeni gələndə də haqqımda belə danışırdılar, suallar verirdilər. İndi də Əsgər Abdullayevlə bağlı oxşar söhbətlər dolaşır. Bizi bura baş məşqçi olmaq üçün dəvət etməyiblər. Komandanın bir baş məşqçisi var, o da Samir Əliyevdir. Onunla nəticə qazanacağımıza inanıram.

- Nəticələr pis olsa, qış fasiləsi zamanı xaricə təlim-məşq toplanışına getməməyiniz mümkündür?
- Düşünmürəm ki, nəticə qış hazırlıq planlarımıza təsirini göstərsin. İstənilən halda xaricə yollanacağıq. Zaman artıq bəllidir. Sadəcə, harada hazırlıq keçəcəyimizi müəyyənləşdirməliyik.

- Mətbuatda "Sumqayıt"la "Neftçi"nin dost klublar olduğu və onların sizə xal verəcəyi barədə iddialar dolaşır...
- "Sumqayıt"ın bizə xal verəcəyi deyilirsə, o zaman digər klublar arasında da əlaqə tapmaq mümkündür. Bu xəbərlər doğru deyil. "Sumqayıt"ın yeni baş məşqçisi var. Biz özümüz buna nail ola bilməsək, çətin ki, kimsə bizə asanlıqla xal versin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.