30 oktyabr 2015 13:45

Ruslan Abışov: Qəbələdə heç kim Roman Qriqorçukun getməsini istəmir

"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 11-ci turunda "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Komandanız son iki oyunda doğma meydanda "Zirə" və AZAL-a qalib gələ bilmədi. Bunu nə ilə izah edə bilərsiniz?
- Dörd vacib xal itirdik. Halbuki, hər iki oyunda qazanacağımız qələbə bizim liderlər qrupunda özümüzü daha rahat hiss etməyimizə imkan verəcəkdi. Hər iki görüşdə qalib gəlməyə borclu idik. Yeganə müsbət məqam isə bir neçə oyundur qol buraxmamağımızdır.

- Əvəzində qol vura bilmirsiniz...
- Sadəcə, bəxtimiz gətirmir. Belə hallar olur. Görünür, qələbə qazanmaq üçün daha çox çalışmağımız lazımdır. Fikrimcə, qarşıdakı turlarda qələbələr də gələcək.

- 180 dəqiqə qol vura bilməməyi sadəcə, bəxtsizliklə əlaqələndirmək nə dərəcədə düzgün yanaşmadır?
- Komandanı hücum və ya müdafiə xəttinin oyununa görə bölmək istəməzdim. Uğur da komandanındır, uğursuzluq da. Yaxşı heyətimiz var. Bir qədər səbrli olsaq, nəticələr də olacaq. "Qəbələ" Premyer Liqada qarşısına yüksək hədəflər qoyub. Bizi uzun marafon gözləyir. Bu yolda dirçəliş də ola bilər, eniş də. Ümid edirəm ki, bundan sonra uğurlu nəticələrimiz daha çox olacaq.

- "Kəpəz"lə oyunun Gəncədə yox, Qəbələdə keçirilməsi sizin üçün nəyisə dəyişir?
- Harada oynamağın fərqi yoxdur. Əsas qalib gəlməkdir. Baxmayaraq ki, buna nail olmaq çox çətin görünür.

- Bu dəfə də hücumçularınızın bəxti gətirməsə, necə olacaq?
- Əlbəttə, bəxt hər oyunda lazımdır (gülür). Hər şey özümüzdən asılıdır. Fikrimcə, bu oyunda hücumları qolla tamamlamaq baxımından problemlə üzləşmərik. Qol vurmaq vaxtıdır.

- Komandanızın uğursuz çıxışı Ukrayna mətbuatının Roman Qriqorçukun ölkəsinin yığmasını çalışdıracağı barədə xəbərlər yayması ilə üst-üstə düşdü. Olmaya, komandanız buna görə ruhdan düşüb?
- Düşünmürəm ki, mətbuatın yaydığı xəbərlər komandamızın nəticələrinə təsir etsin. Komandanın qarşısında böyük hədəflər var və inanmıram ki, baş məşqçi belə bir vaxtda harasa getsin. Qəbələdə hər kəs Qriqorçukun komandada qalmasını istəyir.

- Növbəti həftədə sizi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə oyun gözlədiyini nəzərə alsaq, "Kəpəz"lə matça köklənmək çətin olmayacaq ki?
- "Kəpəz" və "Borussiya" ilə oyunlarımız arasında çox vaxt var. Çətin ki, qarşıdakı oyunda "Borussiya" ilə görüşü düşünən olsun. Son oyunlardakı xal itkilərimizdən sonra "Kəpəz"ə qalib gəlmək bizim üçün çox vacibdir. Heç kim növbəti dəfə ev oyununda xal itirməyimizi istəmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.