30 oktyabr 2015 11:00
Qarabağın rəqibi liderliyi əldən verdi
Belçika çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext" də növbəti matçını keçirib.
Sözügedən klub səfərdə "Kortrijk"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Anderlext" 13 turdan sonra 26 xalla üçüncü pillədə qərarlaşıb.
