30 oktyabr 2015 00:05
Qəbələnin forvardı İrlandiya ilə oyuna çağırıldı
"Qəbələ"nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, onu AÇ-2016-ya vəsiqə uğrunda İrlandiya ilə pley-off oyunları gözləyir.
Qeyd edək ki, bu iki komanda arasındakı ilk oyun noyabrın 13-də Bosniyada keçiriləcək. Cavab qarşılaşması isə üç gün sonra İrlandiyada baş tutacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasına dəvət alan futbolçular arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var.
