29 oktyabr 2015 19:00

Yuri Vernidub: O, Qəbələyə keçməklə doğru qərar qəbul edib və mən onu dəstəkləyirəm

Ukraynanın "Zarya" klubunun baş məşqçisi Yuri Vernidub bu yay oğlu Vitali Vernidubun "Qəbələ"yə keçməsi ilə bağlı növbəti dəfə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:

"Vitalinin "Zarya"nı "Qəbələ"yə dəyişməsi mənim üçün gözlənilməz olmadı. Əbəs yerə tez-tez "Zarya"da maliyyə problemlərinin olduğunu qeyd etmirəm. Vitalinin isə yaşı ötür, ailəsi var. 28 yaşında belə bir təklif gəldi, o da qəbul etdi. "Qəbələ" rəhbərliyi və məşqçilər onun xidmətində maraqlı olduqlarını bildirdilər. Bu komandanın baş məşqçisi Roman Qriqorçuk uzun müddət Ukraynada çalışıb. Bunun özü də Vitali üçün bir üstünlük idi. Üstəlik, "Qəbələ"nin qarşısına bu mövsüm yüksək hədəflər qoyulub. Komanda çempionluq uğrunda "Qarabağ"la mübarizə aparmalıdır. Amma təbii ki, maliyyə baxımından sabitlik də onun bu kluba keçmək qərarına təsirsiz ötüşmədi. Rusiyadan da ciddi təklif var idi, ona bunu demişdim. Oğlum düzgün qərar qəbul etdi və mən onu dəstəkləyirəm". (sportsdaily.ru)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.