29 oktyabr 2015 17:00
Millimizin sabiq futbolçusu oynadı, komandası xal itirdi
Türkiyə PTT 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Budaq bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 18 xalla 2-ci pillədə qərarlaşıb.
