29 oktyabr 2015 16:45
Subaşiçin komandası Serbiya kubokuna qələbə ilə başladı
Serbiya Kubokunda yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da ilk matçını keçirib.
Sözügedən komanda səfərdə "Metalats"la qarşılaşıb. Görüşün əsas vaxtı 3:3 hesabıyla bitib. Bu üzdən də qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Subaşiçin komanda yoldaşları 7:6 hesabıyla üstün olaraq "OFK Belqrad"ı növbəti mərhələyə çıxarıblar.
Qeyd edək ki, Branimir bu oyunun start heyətində meydana çıxsa da, sonradan əvəzlənib.
