29 oktyabr 2015 16:30
Rəşad Sadıqov: Raydell Pupon 1-2 qol vursa...
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Raydell Puponun qol vura bilməməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Pupon "Sumqayıt"a qarşı pis oynamadı. Qol da vura bilərdi. Fikrimcə, o, bir-iki qol vursa, açılacaq, özünəinamı artacaq. Hücumçu üçün qol vurmaq çox vacibdir. Çünki qol vura bilməyəndə stress keçirirlər, hansı səviyyədə olmasından asılı olmayaraq, özlərini inamlı hiss etmirlər. Fikrimcə, Puponla Armenterosun komandamıza faydası dəyəcək".
