29 oktyabr 2015 15:45

Klublar Komitəsinin növbəti iclası keçirildi

Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri, AFFA-nın texniki direktoru Bernard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, qadınlardan ibarət liqaların təşkilinə məsul əməkdaşlar Kifayət Osmanova və Zümrüd Məmmədova, Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov və CBC Sport televiziya kanalının baş direktoru İlham Rüstəmov iştirak ediblər.

Kifayət Osmanova qadın liqaları ilə bağlı təqdimatla çıxış edib, liqalardakı hazırkı vəziyyət barədə məlumat verib, perspektivlər müzakirə olunub.

İclasda iştirak edən digər AFFA rəsmiləri gündəlikdəki müvafiq məsələlər barədə sualları cavablandırıb, təkliflərini səsləndiriblər.

CBC Sport televiziya kanalının baş direktoru İlham Rüstəmov kanalın test rejimində fəaliyyətə başladığı gündən indiyə qədər görülmüş işlər barədə məlumat verib, qarşılıqlı əməkdaşlığa görə klublara minnətdarlığını bildirib, Topaz Premyer Liqası oyunlarının gələcəkdə də yüksək keyfiyyətlə və bütün qarşılaşmaların əhatə olunması şərtilə canlı yayımlanması üçün həlli vacib problemləri qeyd edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.