29 oktyabr 2015 15:30
Kamran Quliyev: Ümidvaram ki, Sumqayıtın uğurlu nəticələri 2-3 turluq olmayacaq
"Sumqayıt"ın prezidenti Kamran Quliyev Samir Abasovun baş məşqçi postuna gətirilməsindən sonra komandanın bir heç-heçə edib, iki qələbə qazanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Abasov klubumuzda çox çalışır. Onu hamı yaxşı tanıyır, o da eynilə bizi. Ümid edirəm ki, onun gəlişindən sonra qazandığımız uğurlu nəticələr 2-3 turluq olmayacaq".
Qeyd edək ki, Abasovun gəlişindən sonra "Sumqayıt" öncə "İnter"lə sülh bağlamışdı (1:1). Ardından isə bu komanda evdə "Qarabağ"a (1:0), səfərdə isə "Xəzər Lənkəran"a (2:1) qalib gəlib.
