29 oktyabr 2015 15:15
Fariz Nəcəfov: Roman Qriqorçukun istefası heç müzakirə mövzusu da deyil
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 10-cu turunda AZAL-a qarşı oyunda xal itirmələrindən (0:0) danışıb, eləcə də baş məşqçi Roman Qriqorçukun istefa verəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Liqasından çempionata keçid bizdə uğursuz alındı. Rəqiblərimizin hamısı bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Qarşıdakı oyunlarda nəticələrimizin yaxşılşacağına ümid edirik.
Roman Qriqorçukun "Qəbələ"dən gedəcəyi barədə xəbərlərə gəlincə, bu məsələ heç müzakirə mövzusu da deyil. Xarici mətbuatda yayılan bu tipli xəbərlərin komandamıza heç bir aiddiyyatı və təsiri yoxdur".
