29 oktyabr 2015 13:15

Lippert: Ümid edirəm ki, Borussiya Qəbələyə qarşı ən yaxşı oyunçularını buraxmayacaq

AFFA-nın texniki direktoru Bernard Lippert "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Borussiya" Dortmundda da ilk dəqiqələrdən pressinq tətbiq etməyə başlasa, "Qəbələ"nin qapısını toxunulmaz saxlaması çox çətin olacaq. Amma ümid edirəm ki, dortmundlular bu görüşə ən yaxşı futbolçularını buraxmayacaqlar. "Qəbələ"ni heç də asan oyun gözləmir. Lakin futbolda hər şey mümkündür. İstənilən halda ən yaxşısına ümid etmək lazımdır".

Lippert Azərbaycanın gənclərdən ibarət yığma komandasının bir müddət öncə AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Avstriyaya 0:7 hesablı məğlubiyyətinə də münasibət bildirib: "Avstriya ilə oyunda yığmamızın dörd aparıcı futbolçusu meydanda deyildi. Onların da hamısı hücum xəttinin üzvləridir. Birinci hissədə komandamız yaxşı təsir bağışladı. Amma fasilədən sonra nə baş verdiyini müəyyənləşdirmək çətindir. Mən bu məğlubiyyətə görə nə bəraət axtarmaq fikrindəyəm, nə də baş məşqçi Yaşar Vahabzadəni günahlandırmaq".

Almaniyalı mütəxəssisin fikrincə, bu məğlubiyyəti futbolçuların insafına yazmaq lazımdır: "Məğlubiyyətin günahı baş məşqçidə deyil, futbolçuların psixologiyasındadır. Gənclərdən ibarət yığmamızda lider yoxdur və bu, çox pisdir. Bu komandada həmişə problemlər olub. Çünki U-21-ə dəvət alan futbolçular öz klublarında daim ehtiyatda qalırlar. Belədə onlar digər bacarıqları ilə yanaşı, liderlik keyfiyyətlərini də nümayiş etdirə bilmirlər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.