29 oktyabr 2015 11:45

Denis Silva: İnterin maliyyə imkanlarından şikayətlənməyə dəyməz

"İnter"in yarımmüdafiəçisi Denis Silva Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Hər iki komanda üçün yaxşı oyun alındı. Qələbə qazanmaq istəyirdik. Amma alınmadı.

- Sizcə, komandanız qələbəyə layiq oynadı?
- Oyun elə alındı ki, həm "İnter", həm də "Neftçi" qalib gələ bilərdi. Biz bunun üçün çox çalışdıq. Sadəcə, top qapıya getmək istəmirdi. Matçın böyük hissəsini məğlub durumda olduğumuzu nəzərə alsaq, nəticəni bizim üçün heç də pis saymaq olmaz.

- Sizə elə gəlmir ki, rəqib "İnter"dən daha yaxşı oynadı?
- Diqqət yetirdinizsə, komandamızda yorğunluq hiss edilirdi. Gərgin qrafikdə yalnız avrokuboklarda iştirak edən komandalar oynamır. Digər elita klubları da həftədə iki dəfə meydana çıxmalı olur.

- Növbəti turda sizi liderlər qrupundakı əsas rəqiblərinizdən biri - "Zirə" ilə oyun gözləyir...
- Premyer Liqanın debütantı artıq özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Əminəm ki, bizə çox çətin olacaq. Amma hesab edirəm ki, "İnter" qələbə qazanmağa borcludur. Qələbə bizim ilk üçlükdə özümüzü daha rahat hiss etməyə imkan yaradacaq.

- "İnter"in hədəfi elə ilk üçlükdə qalmaqdır?
- Bu, heç də pis variant deyil. Amma daha üst pillələrə yüksəlmək fürsəti yaransa, buna ancaq sevinə bilərik. Üstəlik, "Qarabağ"la "Qəbələ" bizdən elə də uzaqda deyil.

- Bəs maliyyə imkanlarınız daha yüksək yerlər uğrunda mübarizə aparmağa icazə verəcək?
- Ümid edirəm ki, hə. Hələ ki, şikayətlənməyə əsas yoxdur. Ümid edirəm ki, yaxın gələcəkdə hər şey daha da yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.