29 oktyabr 2015 00:05
Qəbələnin rəqibi kubokda darmadağınla mərhələ adladı
Almaniya Kubokunda ikinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da kubokda ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Paderborn"la qarşılaşıb. Matç dortmundluların 7:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, "Qəbələ"nin rəqibi üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.
