28 oktyabr 2015 21:30
Qəbələnin rəqibi Yunanıstan kubokunda qələbəyə sevindi
Yunanıstan kubokunda qrup mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan PAOK da ölkə kubokunda ilk matçını keçirib.
Saloniki təmsilçisi doğma meydanda "Pantrakikos"la qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
