28 oktyabr 2015 19:10
Roman Qriqorçuk: Nəticədən razı deyiləm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Sözsüz, mən nəticədən razı deyiləm. Biz bu gün hər iki hissəni üstün oynadıq. Rəqib qapısı qarşısında ən azından 3 real qol vəziyyəti yaratdıq. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”.
