28 oktyabr 2015 17:40
Vitali Borisov: İstənilən halda İsveçə qalib gəlməyə borcluyuq
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov DÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son rəqibimizin müəyyənləşməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, ilkin seçmə mərhələnin qalibi olan İsveçlə bağlı bunları söyləyib:
"Düzünü deyim ki, mən qrupdan Yunanıstanın çıxacağını gözləyirdim. Amma sonda isveçlilər qrup qalibi oldular. İsveç yığması ilə heç vaxt qarşılaşmamışıq. Sadəcə, bu ölkənin klubu ilə iki dəfə oynamışıq. Hər ikisində böyük hesabla qalib gəlmişik. İsveç yığmasının hazırda hansı səviyyədə olduğunu bilmirəm. İstənilən halda bu komandaya qalib gəlməyə borcluyuq".
Qeyd edək ki, millimiz DÇ-yə vəsiqə uğrunda İsveçlə yanaşı Xorvatiya və Belarusla da mübarizə aparacaq.
