28 oktyabr 2015 16:00
Qarabağın üzvü Avroliqada ən çox dəqiqə ötürmə edən futbolçudur
Azərbaycan çempionu "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda UEFA Avropa Liqasında bu mövsüm ən çox dəqiq ötürmə edən futbolçudur. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu 218 dəqiq ötürmə edərək, digər həmkarlarını geridə qoyub.
Hazırda Riçardın ən yaxın izləyicisi İtaliyanın "Napoli" klubunda çıxış edən Kalidu Kulibalidir. O, Almeydadan cəmi 1 ötürmə geri qalır.
Üçüncü yeri isə İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Viktor Ruis tutur. Onun hesabında 229 dəqiq ötürmə var.
